Türkiye Cumhuriyeti

Nahçıvan Başkonsolosluğu

Konuşma Metinleri

Trabzon Devlet Tiyatrosu oyuncuları tarafından sahnelenen "Bu Da Geçer Yahu" isimli tiyatro oyununda yaptığı konuşma, 30.08.2013

Naxçıvan Muxtar Respublikasının dəyərli rəsmiləri,
Türkiyədən gələn əziz sənətçi dostlarımız,
Hörmətli gonaqlar, xanımlar və cənablar,

Çıxışıma başlarkən siz dəyərli gonaqları şəxsim və Baş Konsulluğumuzdakı iş yoldaşlarım adından ən səmimi duyğularımla salamlayıram. Hər biriniz xoş gəlmisiniz.

Sizləri Trabzon Dövlət Teatrının giymətli oyunçuları tərəfindən səhnələnəcək "Bu da Geçer Ya Hu" adlı oyunun açılışında salamlamaqdan böyük xoşbəxtlik və qürur duyuram.

Oyunumuzun bu gecə bu möhtəşəm teatr salonunda sərgilənməsi ölkəmizin və Naxçıvanlı rəsmilərin ortaq anlayış, səy və əməkləri nəticəsində mümkün ola bilmişdir.

Oyunumuzun səhnəyə goyulması müddətində bizdən dəstəyini əsirgəməyən Naxçıvan Ali Məclisinin Dəyərli Sədri hörmətli Vasif Talıbova hüzurlarınızda ən səmimi sevgi və hörmətlərimi göndərmək istəyirəm.

Aranjman, texniki dəstək və qonaqlarımızın qarşılanması çərçivəsində bizə hər cür dəstəyi təmin edən Baş nazir müavini Xanım Təranə Guliyevaya və Hörmətli mədəniyyət naziri Sarvan İbrahimova, Protokol işləri və digər əhəmiyyətli məsələlərdə köməklərini əsirgəməyən Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin hörmətli səlahiyyətlilərinə və bütün naxçıvanlı dostlarımıza təşəkkür etmək istəyirəm.

Ayrıca, xüsusilə təşəkkür etmək istədiyim iki Türk firması var. Teatr grupumuzun Naxçıvana gələ bilməsi üçün xeyli maddi gaynag təmin edən, bizlərə sponsorluk dəstəyi verən Ləzzət Gida və Etimad Çoban Grup səlahiyyətlilərinə bu gururu bizlərlə paylaşmağı seçdikləri üçün minnətdarlığımı bildirirəm.

Oyunumuzun sərgilənməsi üçün güclü iş rejimində olan həmkarım, Baş Konsulluğumuzun müavin Konsulu Ömər Gülər də hər cür təgdirə artıqlaması ilə layigdir.

Uğur Saatçi tərəfindən yazılan, rejissorluğunu Barış Erdenkin etdiyi "Bu da Geçer Ya Hu" adlı oyun 1. Dünya Müharibəsi sonunda işğal edilmiş olan İstanbulda hər nə bahasına olursa olsun mübarizə aparan insanlarımızın yumoristik dillə izah edilən hekayəsidir. Türkiyə turu çərçivəsində bir çox bölgədə səhnələşdirilən oyun təngidlərdən son dərəcə müsbət reaksiyalar almış, oyunun güclü və müasir teatr dili ilə yanaşı oyuncularımızın sərgilədikləri performans da böyük təgdirlə garşılanmışdır.

Bu çərçivədə oyunda iştirak edən dəyərli sənətçilərimizi sizlərə təqdim etmək istəyirəm. Trabzon Dövlət Teatrının oyunçuları Mehmet Fatih Dokgöz, Fatih Topçuoğlu, Banu Manioğlu, Erşan Utku Ölmez, Sinem Bilgin, Yavuz Topçuoğlu, Serap Kocaboy, Nihat Bıyık, Mehmet Fukul və Mirkan Kasacı bu gün səhnədə izləyəcəyimiz giymətli oyunçularımızdır. Oyunda Uğur Öksüz, Ali Emre Malçok, Levent Bilgen və Çağdaş Topal musiqi performansları ilə iştirak edirlər. Trabzon Dövlət Teatrının Cənab direktoru Birkan Görgün də bu gecə bizimlədir. Ayrıca burada adlarını tək-tək sayamadığım, ancag oyunun səhnəyə qoyulması üçün ən böyük əməyi göstərən texniki personelimizə də ən səmimi təşəkkürlərimi bildirmək istəyirəm.

Türkiyə və Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan milli planda gan bağı ilə bağlı iki qardaş ölkə, beynəlxalq planda isə ayrılmaz bir müttəfiktir. Türkiyə və Azərbaycan arasında münasibətlərin müasir tarixdə bir nümunəsi yoxdur, bundan sonra da olmayacag. Bu səbəblə, bizim Naxçıvanda etdiyimiz heç bir fəaliyyət kifayət deyil. İktisadiyyatdan mədəniyyətə, elmdən sənətə gədər uzanan çox geniş bir perspektivdə daha çox nə edə biləcəyimizi özümüzdən soruşmalıyız.

Ona görə ki xalqlar arasında bu cür yaxınlıg və bənzərlik olarkən, mədəniyyət və ənənələrimiz bu dərəcə eyniyken, əməllərimiz müvəffəgiyyət xanamıza deyil, edə bilmədiklərimiz müvəffəqiyyətsizlik xanamıza yazılır. Bu hər birimiz üçün tarixi bir məsuliyyətdir və Türk Başkonsulluğu, Naxçıvanlı gardaşlarının kömək və dəstəyi ilə önümüzdəki dövrdə bu məsuliyyəti yerinə yetirmək üçün eyni gətiyyətlə işlərini davam etdirəcəkdir.

Əziz qonaqlar,

Bu gün bildiyiniz kimi 30 Avgust Gələbə Bayramıdır. Türkiyənin düşmən işğalından gurtuluşu üçün verilən böyük mübarizənin sona çatdığı bu əhəmiyyətli gündə, müasir Türkiyənin qurucusu ulu öndər Mustafa Kamal Atatürk və gardaş Azərbaycanın ümüm milli lideri Heydər Əliyevi ən səmimi hörmət, sevgi və minnətdarlıg hislərimlə xatırlamaq istəyirəm.

Əziz Atatürkün göstərdiyi yoldan gedərək hər keçən gün daha da güclənən Türkiyə ilə əziz Heydər Əliyevin iradəli liderliyi sayəsində bölgəsində ən sözü keçen ölkə mövqeyində olan Azərbaycan arasındakı birliyin garşısında dayana biləcək heç bir güc yoxdur və bundan sonra da olmayacaqdır.

Fürsətdən istifadə edərək, ölkələrimizin qurtuluşu üçün canlarını verən şəhidlərimizin əziz xatirələri garşısında hörmətlə əyilirəm. Ölkələrimizin gardaşlığında, barışında, xoşbəxtliyində, dinçliyində, gücündə, inkişafında əməyi keçən bütün gardaşlarımızın məkanları cənnət, ruhları şad olsun.

Sözlərimi burada bitirərkən, dəyərli sənətçilərimizə Naxçıvana gələrək bizləri gürurlandırdıkları üçün təşəkkür edir, gözəl bir gecə olmasını diləyərək hörmətlərimi bildirirəm.