Türkiye Cumhuriyeti

Nahçıvan Başkonsolosluğu

Konuşma Metinleri

29 Ekim Cumhuriyet Bayramı Resepsiyonu, 29.10.2012

Sevgili Cənab Sədr, Hörmətli Başnazir, Naxçıvan Nazirlər Kabinetinin qiymətli emektaşları,

5-ci Korpus, Askeri Yardım Kurulumuz ve Dışişleri Bakanlığının hörmətli mənsubları,
Değerli öğretim üyeleri, Sevgili Vatandaşlarım, Xanımlar və Cənablar , əziz dostlar,

Söhbətimə başlarkən, hərkəsi ən səmimi hisslərlə salamlayır, Respublika Bayramınızı şahsen və iş yoldaşlarım adından təbrik edirəm. Türkiyə Respublikası’ nın quruluşunun 89-cu ilini geyd ettiyimiz bu müstəsna gündə aramızda olduğunuz üçün böyük qürur və sevinç duyuruq. Hamınız xoş geldiniz.

Türkiyə Respublikası’nın quruluşunu qardaş ölkənin torpaqlarında, Qafqazın nəzər muncuğu Naxçıvan’ da qeyd etmək bizə ayrı bir qürur və sevinç hissettirir.

Türkiyə və Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan, əlbəttə milli planda iki yaxın dost, beynəlxalq platformda ayrılmaz müttəfik və mənfəətləri, stratejik məqsədləri örtüşən iki müstəqil dövlətdir. Ancaq ölkələrimiz arasındakı münasebetleri sadəcə bu ünsürlərlə qeyd edərsək, tarixdə iki müstəqil dövlət arasında nümunəsi olmayan bir əlaqəni kifayət qədər mənalandırmamış oluruk.

Türkiyə və Azərbaycan xalqları hər şeydən əvvəl, eyni nəslin uşaqları, qardaşlarıdır. Bizi ayıran sərhəd, iki müstəqil dövlət arasındakı beynəlxalq sərhəddir. Xalqlar arasında bir sərhəd yoxdur. Biz bir-birimizi şərt olmadan sevirik. Ulu Öndər Mustafa Kəmal Atatürk ve Ulu Önder Heydər Əliyev’in ülkelerimiz arasındaki ilişkiler konusundaki ifadəlerinde həqiqi ruhunu və mənasını tapan işte bu anlayışdır.

Xalqları qardaş olan iki ölkə arasındakı münasibətlər beynəlxalq əlaqələr kitablarında yer alan mücərrəd və xeyir güdən əlaqələr deyildir və olmayacaqdır. Biz Türkiyə - Azərbaycan əlaqələri dediğimizde, bir ailənin içində yaşanan sevgi, hörmət ve istəklərini hər şeydən uca tutmaq anlayışıyla formalaşan bənzərsiz bir münasibətdən söhbət açmış oluruq.

Ölkələrimizin qiymətli liderlərinin bu məna çərçivəsində göstərdikləri ortaq çaba nəticəsində əlaqələrimiz hər sahədə muhtelifleşmekte, dərinləşməkdə və ailə əlaqələrinin ruhuna uyğun hala gəlməkdədir. Orta Asiya və Qafqaziya coğrafyası önümüzdəki dövrdə Türkiyə və Azərbaycan əlaqələrinin şahlanmasına şahidlik edecəkdir, bunun qabağında durabiləcək heçbir güc yoxdur.

Naxçıvan, Türkiyə-Azərbaycan əlaqələri içində çox müstəsna yerə sahib olan bir Muxtar Respublikadır. Müstəsnadır, çünki Türkiye’nin Naxçıvan’la sərhəddi, Türk dünyasıyla sərhəddir. Müstəsnadır, çünki Naxçıvan’nın taleyi bizim taleyimiz, müvəffəqiyyəti bizim müvvəffəqiyyətimiz, təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Müstəsnadır, çünki Naxçıvan xalqı Türkiyə’ dəki qardaşlarını ürəkdən sevir. Türkiyə ilə Naxçıvan arasında bir sərhəd vardır amma sərhəddin hər iki yaxasındakı xalqlar, xarici görünüşlərindən dillərinə, həyat tərzindən sevinç və kədərlərinə kimi hər sahədə oxşar, hətta eynidir.

Biz, Naxçıvan’da yaşayan Türkiyə Respublikası vətandaşları, bu gözəl coğrafyada tarixə şahidlik etməkdən böyük sevinç duyuruq. Naxçıvan gündən günə inkişaf edir, gözəlləşir. Men burada olduğum bir illik zaman içində Naxçıvan’ dakı inkişafı hergün görürəm. Yollar salınır, abidələr, yeni binalar tikilir, köhnə tikintiler yenilənir və bunun nəticəsində şəhərin gözəlliyi ortaya çıxır. Naxçıvan’nın qısa zamanda bu ölçüdə inkişaf etməsindən böyük sevinc duyuram.

Naxçıvan’nın inkişafı əlbətdə sadəcə infrastruktur baxımdan medut qalmır. Burda təhsile verilən əhəmiyyət bütün Türk dünyası tərəfindən nümünə götürülməlidir. Muhtar Respublika içində səyahət edərkən böyük rayonlardan ən balaca kəndlərə qədər hər yerdə yeni inşa edilmiş, tərtəmiz məktəb binaları görünür. Naxçıvan Dövlət Universiteti’nin və digər təhsil təşkilatlarının dünyaya qapı açmaq və dünyada tanınmış təhsil təşkilatlarıyla eyni səviyyəyə gəlmək üçün göstərdiyi fövqəladə səy hər cür təqdirə layiqdir.

Təhsillə yanaşı, təşkilatlanma sahəsində əhəmiyyətli inkişaf olduğunu görmək də bizə ayrı bir sevinc bəx edir. Tez tez ziyarət etmeyə səy göstərdiyim Naxçıvan Dövlət Təşkilatları yeni inşa edilmiş binalarında, xalqın rifahı üçün səmimi və ciddi bir iş vaktı ayırırlar.

Ekonomi sahasında da maraklı ve konkret gelişmeler cereyan ettiğini görürük. Bütün bunları gördükdən sonra könül rahatlığıyla deyə bilərəm ki, Naxçıvan üçün çətin günlər geridə qalmışdır. Naxçıvan artıq məğrur və vacib bir bölgə halına gəlmişdir. Bu nəticənin ortaya çıxmasında Cənab Sədrin iştirakı və vizyonlu idarəçilik anlayışının vacibliyi çox böyükdür.

Hörmetli Sedirim, özümü aid hissetdiyim bu gözəl coğrafyanın xalqın istəklərinə cavab verəbiləcək şəkildə və müasir şəhərsalma anlayışı çərçivəsində inkişaf etməsi üçün göstərdiyiniz böyük yöneticilik səbəbiylə Zat-ı Alinizi ən içdən hisslərimlə təbrik edirəm.

Aziz dostlar, biz burda klassik mənada diplomat deyilik, ola bilmərik və olmayacağıq. Diplomatların vəzifəsi, getdikləri yerlərdə ölkələrini tanıtmaq, sevdirmək və ölkələrinin menafelərini qorumaqdır. Naxçıvan Türkiyənin tanıdılması üçün lazım olan bir yer deyildir ki, onu tanıdaq. Burda hərkəs Türkiyə’ni bizim qədər tanıyır. Sevdirilməsi lazım olan bir yer deyildir ki, sevdirək. Naxçıvan xalqı Türkiyə’ ni ən ürəkdən hisslərlə sevir. Naxçıvanın maraqlarını Türkiye’ ninkindən ayrı tutmarıq ki, mənafe dalınca qaçaq. Naxçıvan’nın mənafeyi Türkiyə’nin mənafeyidir, bir addım atdığımızda hər iki torpağın insanını sevindirəcək, rəfahını arttıracaq nəticələr əldə etmək bizim sadəcə vəzifəmiz deyil, tarixə qarşı da məsuliyyətimizdir. Mən bu anlayış bünövrəsində, vəzifəmə ilk başladığım gündən etibarən bir nöktəni hər görüşmədə, hər mühitdə vurqulayıram: Xarici ölkənin nümayəndəsiyəm amma xarici ölkədə deyiləm.

Yaxşı, bəs diplomatlar və burada yaşayan bütün Türk vətəndaşları olaraq vəzifəmiz nədir? Bu sualı tək bir cümləylə cavablamaq mümkündür: Türkiyə və Naxçıvan arasındakı əlaqələrin ruhuna layiq olmaq. Türkiyə’ni Naxçıvan’dan, Naxçıvan’ı Türkiyə’dən ayrı tutmamaq, bu torpağın haqq etdiyi şəkildə xidmət etmək. Mənim bugün burda olan işadamından tələbəyə, zabitindən işçisinə bütün vətəndaşlarımdan gözlədiyim budur. Bu gözlədiklərimin həyata keçməsindən, Türk vətəndaşlarının Naxçıvan’da nümunəvi həyat tərzi yaşamalarından böyük sevinc duyuruq. Cenab Sedir beni kabul ettiğinde diplomatlarının görevinin köprü kurmak olduğu qayd etmiştir. Biz köprüleri kurmak, var olanları möhkemleştirmek için buradayık.

Naxçıvan’da vəzifə icra etməyə başladığımız gündən bu yana hər zaman eyni nöqtəni vurğuladıq : Naxçıvan’da iş icra etmə üçün burda deyilik, Naxçıvanla birlikdə iş icra etmək üçün burdayıq. Bu mövqeyi əsas götürərək, Naxçıvanlı səlahiyyətlilerle işbirliği içində atılan addımların konkret nəticələr verməsindən qürur duyuruq.

Dilucu sərhəd qapısının Türkiyə-Naxçıvan arasındakı şəxsi əlaqələri əks ettirəcək şəkildə yenidən inşa edilməsi hazırlıklarında son mərhələyə gəlinməsindən, yeni Yaşayış ve Konsoloslukluk tikintilerimizin tamamlanmasına, başta Hörmətli Nazirimiz olmaq üzrə qarşılıqlı edilən yüksək dərəcəli ziyarətlərdə qeyd edilən artışdan, təşkil edilən mədəniyyət - sənət fəaliyyətlərinə, Türk Hava Yolları’nın Naxçıvan’a aid uçuşlarının sayısının arttırlımasına qədər ilərləyən geniş bir perspektifdə gözəl inkişaflar olması bu anlayışımızın və iki ölkə səlahiyyətlilərinin ətraflı əməkdaşlığının nəticəsində ortaya çıxmışdır. Bu nəticələrin ortaya çıxmasında əməyi olan hərkəsə minnətdarlığımı bildirirəm.

Edilənlər əlbətdə kifayət değildir ,əlaqələrin mükəmməl səviyyəsinə layiq olmaq üçün hər gün üzərinə elavələr edərək səy gösterməyimiz lazımdır. Məsuliyyət böyükdür, mükəmməli iləriyə aparmaq olmayanı qurmaqdan hər zaman daha çətindir. Ancaq, başda Cənab Sədrimiz olmaq üzərə Naxçıvanlı səlahiyyətlilər bu çətin vəzifənin altından galkmağımız üçün bizim ən böyük dəstəkçimiz və yol göstərənimiz olmuşdur, olacaqlardır.

Türkiyə və Azərbaycan qardaşlığının əzəli və əbədi olacağına dair inamımı təkrar ifadə edərkən Respublika Bayramını ən səmimi duğularımla təbrik edərək sözlərimi burda nöqtələyirəm. Naxçıvan Dövlət Universitetində təhsil alan, qürur mənbəyimiz olan Azeri ve Türk tələbələrimizin sərgiləyəcəkləri folklor və musiqi performanslarından həzz alacağınızı ümid edirəm.